Braziliyalı tədqiqatçılar Latın Amerikasında yaşlıların ən böyük genetik məlumat bazasını tamamlayıblar. Bu isə müxtəlif xəstəliklərə səbəb olan mutasiyaların müəyyənləşdirilməsinə və tibbin dəqiqliyini, xüsusilə də alzeymer və parkinson kimi xəstəliklərin dəqiq diaqnozunun qoyulmasına və müalicəsinə kömək edəcək.
XeberOxu.Az-ın məlumatına görə, AZƏRTAC San-Paulu Tədqiqat Fonduna (FAPESP) istinadla xəbər verir ki, bu, Latın Amerikasında yaşlılar üçün ən böyük DNA bankıdır. On il ərzində San-Paulu ştatındakı 1171 yaşlı insanın tam genomu tədqiq edilib.
Tədqiqat təxminən 211 milyon nəfərin yaşadığı və əcdadları Avropa, Afrika və Şərqi Asiyanın yerli əhalisi olan Braziliyada yüksək dərəcədə qarışıq nikah nisbətini aşkarlayıb.